az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PENABET" peno-beton yapışdırıcı (boz)

"PENABET" peno-beton yapışdırıcı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sement əsaslı, yüksək nəticələr əldə etməyə imkan verən qatqılarla zəngin, Nano texnologiyalı, birkomponentli, boz rəngli qaz-beton və ya peno-beton yapışdırıcıdır. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • suhopması yüksək olan qaz-beton blokların, dekorativ üzlük kərpiclərin, arakəsmə gips tavaların, peno-beton və digər həcm kütləsi az olan yüngül materialların hörülməsində və yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • yüngül inşaat materaillarının hörülməsində həm hörgü-suvaq və aralıqların doldurulması qarışığı kimi, həm də yüngül plitələrin səthə yapışdırılmasında ən əlverişli yapışdırıcıdır;
  • rahat hazırlanır və tətbiq olunur;
  • şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanmasıPenobeton və qazbetondan hazırlanmış inşaat materiallarını səthə yapışdırmazdan əvvəl səthin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndilirməli və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Yapışdırıcını hörülən divarın həm səthinə, həm də hörgüdə istifadə olunan materialların yan tərəflərinə eyni qalınlıqda çəkin. Əgər alt hissədə əyrilik olarsa, onda ilk sıra adi sement-qum qarışığı ilə tarazlanana qədər düzəldilməlidir. Sonrakı sıraların düzəldilməsinə ehtiyac qalmır.

Hörgü zamanı üfuqi və şaquli aralıqların buraxılmasına və aralıqların maksimum 3 mm olmasına çalışın. Aralıqların tam dolmasına diqqət edin.

Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.

Tövsiyələr. PENABET yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və 300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş PENABET qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷ +300C

Su /quru qarışıq

2,6-2,8 litr su/10 kq quru qarışıq
6,0-7,0 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-30 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Qopma müqaviməti

>0,5 N/mm2

>2 N/mm2

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

 

PENABET

( kq )

1 mm qalınlıq üçün

quru qarışığın sərfiyyatı (kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

 

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2 )

 

6 mm

8 mm

10 mm

25

1,28

7

1,98

2,44

4,08

 

Qaz-betonun ölçülərindən asılı olaraq sərfiyyat

 

Eni (sm)

Uzunluğu (sm)

Hündürlüyü (sm)

kq/m 2

20

50

20

5-8

20

70

20

5-7

30

50

15

3-5

30

70

15

3-4

30

50

20

4-6

30

70

20

4-6

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanılmalıdır.

Xəbərdarlıqlar

  • PENABET yapışdırıcısınınsement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!