az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA Pool" antibakterial aralıq doldurma qarışığı (1-6 mm)

"MA Pool" antibakterial aralıq doldurma qarışığı (1-6 mm)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Hovuzlar üçün sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya və sukeçirməzliyə qarşı müqavimətini artıran, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin, nəm yerlər üçün nəzərdə tutulan elastik aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • hovuz, hamam, sauna, termal bulaq kimi nəmli məkanlarda;
  • duş, kran və bu kimi daima su ilə təmasda olan digər yerlərdə;
  • qranit, mərmər, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı, şüşə mozaika və digər bu kimi üzlük materialların 1-6 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • solmaya qarşı davamlıdır, çatlamır və rəng ləkəsi buraxmır;
  • yüksək sukeçirməzlik xüsusiyyətinə malikdir;
  • antibakterial xüsusiyyəti sayəsində üstündə göbələk, bakteriya və yosun əmələ gəlməsinə mane olur;
  • +150C temperaturda 100 bar su təzyiqi ilə təmizlənməyə dözümlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Qarışığın hazırlanması. 20 kq quru qarişiğı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Qarışığı səthə yayıb rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra səthi nəm süngərlə təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışığı 2 saat ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. Quru qarışığa əlavə edilən su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz bu, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin dəyişməsinə səbəb ola bilər.

Tövsiyələr. MA Pool aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş MA Pool aralıq doldurma qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

ağ və müxtəlif rənglərdə

İstifadə temperaturu

+50 C ÷ +300 C

İstifadə müddəti

2 saat

Su/quru qarışıq nisbəti

0,35-0,37 litr su/ 1kq quru qarışıq
1,75-1,85 litr su/ 5 kq quru qarışıq
7,0-7,4 litr su/ 20 kq quru qarışıq

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

4,5 N/mm2
16,0 N/mm2

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə

24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə

Sərfiyyat

Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.

 

Üzlük plitələrin

ölçüləri, sm

Aralığın dərinliyi- 8 mm

Aralığın eni

2 mm

q/m2

3 mm

q/m2

4 mm

q/m2

5 mm

q/m2

6mm

q/m2

10×10

500

750

1000

1250

1500

10×20

400

600

800

1000

1200

15×15

350

550

700

900

1150

15×20

300

450

600

750

900

20×20

250

450

600

750

900

20×25

250

350

500

650

800

20×30

225

350

450

575

675

30×30

185

275

350

450

550

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • qarışığa sudan başqa heç bir maddə qatmayın;
  • PVA qatmağa ehtiyac yoxdur;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!