az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"İzoFakt" epoksid əsaslı qoruyucu örtük məhsulu (komponenet A + komponenet B)

"İzoFakt" epoksid əsaslı qoruyucu örtük məhsulu (komponenet A + komponenet B)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Epoksid əsaslı, xüsusilə betonu və poladı (metalı) xarici təsirlərdən qoruyan, kimyəvi komponentlərlə zənginləşdirilmiş ikikomponentli örtük məhsuludur.

İstifadə sahələri

Bu məhsuldan:

  • daxili və xarici məkanlarda;
  • metal çənlərdə və beton hovuzlarda;
  • kimyəvi maddələrə qarşı dayanıqlı örtük kimi yağ və yanacaq anbarlarının divarlarında qaz və buxarın qarşısının alınmasında;
  • elektrik stansiyaları, şəkər fabrikləri, anqarlar və maye məhsulların saxlandığı anbarlarda;
  • içməli su hovuzlarında;
  • pivə, şərab və kişmiş istehsalı sahələrində;
  • neft anbarlarında və kağız fabriklərində;
  • içki və meyvə şirəsi sənayesində;
  • konserv sənayesində;
  • ət və balıq sənayesində;
  • dərman, boya, ağı (zəhər) sənayesində;
  • mətbəələr və camaşırxanalarda;
  • xəstəxana laboratoriyalarında, yeməkxana və gigiyenik mühitlərdə istifadə olunur.

Üstünlükləri

  • parlaq səth əmələ gətirir;
  • antibakterial xüsusiyyətə malikdir;
  • asan təmizləndiyi üçün gigiyenik mühitlər yaradır;
  • yüksək mexaniki dayanıqlığa malikdir;
  • mikrob əmələ gəlməsinin qarşısını alır;
  • yüksək elastikliyə malik olduğu üçün səthlərdəki hərəkətlərə qarşı dözümlüdür;
  • fırça, vərdənə və püskürtmə aparatı vasitəsilə asan tətbiq olunur;
  • su keçirmir;
  • tərkibində həlledici yoxdur.
  • içməli su hovuzlarında etibarlı şəkildə istifadə olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. İzoFakt çəkiləcək beton və ya metal səthlər sağlam, təmiz, quru və olduqca düzgün olmalıdır.

Qarışığın hazırlanması. Sərtləşdirici Komponent B-ni qatran Komponent A-nın üzərinə yavaş-yavaş əlavə edərək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə homogen bir qarışıq əldə edilənə qədər qarışdırın. Təxminən 3-5 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdıraraq məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıqların nisbətləri:

Komponent A: 4,36 kq

Komponent B: 0,64 kq Qarışığın sıxlığı 1,5 kq/litr

Tətbiqi

Beton səthdə. Qurğu və konstruksiyaların su ilə təmasda olan sement əsaslı səthləri sağlam, quru, tozsuz və təmiz, eyni zamanda düzgün olmalıdır. Səth müqaviməti zəiflədəcək hər növ yağ, pas, parafin və s. qalıqlardan tamamilə təmizlənməlidir.

Səthdəki dəmir və taxta parçaları çıxarılmalı, aktiv su sızıntıları olarsa İzokontakt 1 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul ilə doldurulmalıdır. Betonun tökülməsindən ən azı 28 gün keçdikdən sonra səthə İzoFakt məhsulu çəkilməlidir.

Metal səthdə: Metal səthlər möhkəmliyi zəiflədəcək hər cür yağ, pas, parafin və digər yapışmağa mane olan qalıqlardan yüksək təzyiqlə iri dənəli kvars qumu vurmaqla və ya xüsusi aşındırıcılarla təmizlənməlidir. Qumla təmizlənmə mümkün olmayan hallarda səth isti hava vuran alətdən, zərbəli çəkicdən və ya fırlanan simli fırçadan istifadə etməklə təmizlənə bilər. Təmizlədikdən dərhal sonra səthə İzoFakt məhsulu çəkilməlidir. Səthin yenidən korroziyaya uğramasına yol verilməməlidir.

Texniki göstəricilər

Rəngi

bəyaz, boz, qırmızı və s.

Tərkibi:

  • A komponenti
  • B komponenti

 

epoksid qatran

epoksid sərtləşdirici

İstifadə müddəti

45 dəqiqə

Qopma müqaviməti:

  • betona
  • metala

 

2,5 N/mm2

2,5 N/mm2

Quru qatın qalınlığı

0,125-0,250 mm

Bərkimə müddəti:

  • ilk
  • son

 

12 saatdan sonra

7 gündən sonra

Qablaşdırma:

  • A komponenti
  • B komponenti

 

4,36 kq-lıq dəmir qablarda

0,64 kq dəmir qablarda

Sərfiyyat

İzoFakt-ın iki qat istifadəsi tövsiyə olunur. Sərfiyyat təxminən hər qat üçün 0,2-0,4 kq/m2 -dır. İzoFakt-ın quru qatının qalınlığının 0,125-0,250 mm olması kifayətdir.

Saxlama müddəti və qaydası

Açılmamış orjinal qablarda, sərin və quru şəraitdə, şaxtadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı fərdi mühafizə vasitələrindən istifadə edin;
  • tərkibində kimyəvi qatqılar olduğu üçün gözə və ya dəriyə təmas edərsə, dərhal su ilə yuyun;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • məhsul çəkildikdən sonra istifadə olunan alətləri dərhal su ilə təmizləyin;
  • İzoFakt sərtləşdikdə ancaq mexaniki yolla təmizləyin;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!