az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA KÜR" 100 parafin əsaslı, nəm saxlayan beton kür məhsulu

"MA KÜR" 100 parafin əsaslı, nəm saxlayan beton kür məhsulu

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Parafin əsaslı olub, yeni tökülmüş beton və Staltop üzərinə püskürtmə üsulu ilə çəkilən məhluldur. Məhlul çəkildiyi səthdə elə bir təbəqə yaradır ki, bu təbəqə sementin tam hidrotasiyasını təmin edərək betonu lazımi səviyyədə rütubətli saxlayır. MA Kür 100 məhsulu çəkildiyi səthin betonu quruyarkən büzülmənin qarşısı alınır və buna görə də səthdə xırda çatlar əmələ gəlmir. Nəticədə hamar görüntülü səth yaranır.

İstifadə sahələri

Bu məhsuldan:

  • betonu sulu və nəm saxlamaqla yanaşı, daha səmərəli və qənaətcil şəkildə bütün beton səthlərində;
  • hava limanlarında;
  • avtoparklarda;
  • yol və su kanallarının betonlarında istifadə olunur.

Üstünlükləri

  • beton səthinin suya olan təlabatını təmin edir;
  • istifadəsi asandır;
  • işçi xərclərini azaldır;
  • məsaməsiz, daha düzgün və hamar səth əmələ gətirir;
  • əmələ gələn təbəqə su keçirmir;
  • sərtləşmə nəticəsində əmələ gələn, gözlə görünməyən xırda çatların qarşısını alır;
  • günəş şüasını əks etdirir və yeni tökülmüş beton və Staltopda nəmliyi yüksək səviyyədə saxlayır.

İstifadə qaydaları

Səthin hazırlanması. MA Kür 100 məhsulunu istifadə etməzdən əvvəl səth hansı vəziyyətdə olmasından asılı olmayaraq mütləq təmizlənməlidir.

Tətbiqi. MA Kür 100 məhsulunu yeni tökülmüş beton və Staltop üzərinə mümkün qədər eyni qalınlıqda püskürdün. Məhsuldan üfqi səthlərdə istifadə etdikdə betonun üzərindəki parlaqlıq itən kimi dərhal püskürdülmə işinə başlayın. Əgər məhsul qəlibdəki betona püskürdülürsə, onda beton qəlibdən çıxarılan kimi prosesə başlayın. 

Tövsiyələr. 
MA Kür 100 istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

Son nəticədə təbəqənin görüntüsü

şəffaf, hamar, sukeçirməyən təbəqə

Qatılığı

1,0 kq/litr

Quruma müddəti

2 saat 45 dəqiqə

Qablaşdırma

1, 4, 10, 20 litirlik bidonlarda və 200 litrlik çəlləklərdə

Sərfiyyat

1 litr MA Kür 100 məhsulu 5,6 m2 səthə kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsulun tərkibində kimyəvi qarışıqların olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!