az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"İzoKontakt 1" aktiv su sızıntılarının qarşısını alan, tezquruyan qarışıq (ağ, boz)

"İzoKontakt 1" aktiv su sızıntılarının qarşısını alan, tezquruyan qarışıq (ağ, boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Xüsusi sement və qum tərkibli, su sızıntılarının izolyasiyasında, montaj və təmir işlərində istifadə olunan, yapışma müqavimətini artıran, su ilə qarışdırıldığı zaman sürətlə genişlənərək sərtləşən, istifadəyə hazır tıxac harcıdır.

İstifadə sahələri

Bu məhsuldan:

  • daxili və xarici məkanlarda;
  • döşəmə və divarlarda;
  • genişlənməyə meylli olmayan çatların təmirində;
  • su sızan yerlərin izolyasiyasında;
  • boruların izolyasiyasında;
  • beton səthlərin təmirində;
  • su sızıntısı ehtimal olunan yerlərin izolyasiyasından əvvəl doldurulmasında və tıxanmasında;
  • qəliblərin içindəki dəmir boşluqların bərkidilməsində;
  • betonun kənar və künclərinin oval şəklə salınmasında və aralıqların təmir edilməsində;
  • metal anker boltlarının və alətlərinin bərkidilməsində istifadə olunur.

Üstünlükləri

  • birkomponentlidir;
  • yalnız su ilə qarışdırılır;
  • sürətlə sərtləşərək su sızıntıları üçün maneə əmələ gətirir;
  • istifadəsi asandır;
  • genişlənərkən su keçirməyən təbəqə əmələ gətirir;
  • dözümlü və stabildir;
  • 15 dəqiqə sonra üzərinə izolyasiya məhsulları çəkilə bilər;
  • tərkibində xlor olmadığı üçün polad konstruksiyaların korroziyasına səbəb olmur;
  • içməli su anbarlarında etibarlı şəkildə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından, boya və nəm saxlayan maddələrdən tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Yaranmış boşluqlar və çatlar 20 mm dərinliyində və enində, kənarları dik olaraq kəsilməlidir. Boşluqların V şəklində, künclərin isə sərt uclu kəsilməsi yol verilməzdir.

Qarışığın hazırlanması. 60 saniyə ərzində istifadə olunacaq miqdarda məhsulu təmiz bir qabın içinə qoyun və lazımi miqdarda su əlavə edin. Münasib əlcək geyinərək 30 saniyədən çox olmamaq şərti ilə qarışdırın. Qarışığa heç bir digər kimyəvi maddə əlavə etməyin.

Diqqət: soyuq havada isti və ya ilıq su istifadə olunmalıdır.1 kq İzoKontakt 1 məhsuluna 0,24-0,28 litr təmiz su əlavə edərək qarışdırın (Su nisbəti havanın tempe-raturundan asılı olaraq dəyişə bilər).

Tətbiqi. Su sızan və çatlamış yerləri ən azı 20 mm enində və dərinliyində qazın. Məhsulu lazımi miqdarda su ilə qatın və əldə yumrulayın, isinməyə başlayanda cəld hərəkətlə sızıntı və çat olan yerlərə vurun. 60 saniyə ərzində əlinizlə üstündən basaraq saxlayın. Məhsul bir az sərtləşdikdən sonra əli astaca çəkə bilərsiniz. Əgər daha böyük boşluqlar olarsa, onda bu proseduranı həmin boşluqların çevrəsindən mərkəzinə doğru istiqamətdə təkrar etmək olar. İstifadədən dərhal sonra boşluğun kənarlarında qalan artıq məhsul təmizlənməlidir.

Məhsuldan divar və döşəmə arasındakı aralıqların izolyasiyası məqsədi ilə də istifadə oluna bilər. Bu zaman aralıqları ən azı 20 mm enində və dərinliyində qazın. Qazılmış yerdə olan məftili, simi, taxta parçalarını və digər xırda hissəcikləri təmizləyin. Aralıqları münasib bir şəkildə İzoKontakt 1 məhsulu ilə doldurun.

Metal ankerbolt və ya bərkitmə alətlərini betonun səthinə bərkitmək üçün beton tökülmüş səthdə mexaniki deşik açan alətlə, ankerbolt alətlərinin ölçüsündən daha böyük boşluq açın. Daha sonra bu boşluqların içərisini təmizləyin.

İzoKontakt 1-i istifadə etməmişdən əvvəl boşluqları lazımi miqdarda su ilə nəmləndirin. Daha sonra boşluqları İzoKontakt 1 məhsulu ilə doldurun. Metal ankerbolt və ya bərkitmə alətlərini cəld bir hərəkətlə şaquli istiqamətdə çevirib yerinə yerləşdirin və sonra üzərinə nəm saxlama xassəli məhsullar çəkin.

Tövsiyələr. İzoKontakt 2 istifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +320C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İstifadə olunan səth 15 dəqiqə müddətində nəm olmalıdır. Quru və su hopma qabiliyyəti çox olan səthlərdə bu müddət 30 dəqiqə olmalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənir.

Texniki göstəricilər

Məhsulun tərkibi

xüsusi sement və kimyəvi əlavələr

Rəngi

boz

Təzyiqə dözümlülüyü:

  • 30 dəqiqədən sonra
  • 24 saatdan sonra
  • 28 gündən sonra

 

≥7 N/mm²

≥ 10 N/mm²

≥30 N /mm²

Su / toz nisbəti

1,7-2,0 l su / 7 kq quru qarışıq

Qarışığın həcm kütləsi

2,14 kq / L

Qopma müqaviməti:

  • 28 gündən sonra

 

≥0,50N /mm²

İstifadə temperaturu

+50C - +320C

Səthə çəkilmə müddəti

1,0-1,5 dəqiqə

Son quruma müddəti

2-3 dəqiqə

Qablaşdırma

7 kq-lıq dəmir qablarda

Sərfiyyat

Su sızan yerlərin ölçüsündən asılı olaraq dəyişə bilər.

Saxlama müddəti və qaydası

Anbarda ağzı açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorumaqla istehsal tarixindən başlayaraq 6 ay müddətində saxlanıla bilər. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.

Xəbərdarlıqlar

  • ağzı açılmış qablardakı məhsulu bir həftə ərzində istifadə edin;
  • istifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maska geyin;
  • məhsullardan hər hansı biri gözə və ya dəriyə düşərsə, dərhal su ilə yuyun, udularsa, həkimə müraciət edin;
  • ərzaq məhsullarından və uşaqlardan uzaq saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!