İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FLOTON" MOD N tikinti yerində istənilən hava şəraitində betonun qatılığını

"FLOTON" MOD N tikinti yerində istənilən hava şəraitində betonun qatılığını

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

FLOTON MOD N modifikasiyalı liqnin sulfonat əsaslı, hər növ iqlim şəraitində və müxtəlif kateqoriyadan olan betonlarda tikinti yerləri üçün nəzərdə tutulan axıcı qatılığa malik beton istehsalı üçün istifadə olunan plastifikatorlu beton qatqısıdır.

İstifadə sahələri

Bu beton qatqısı:

  • tikinti yerində betonun qatılığının artırılması tələb olunan qısa və yaxud uzun daşınma məsafəsinə malik olan betonlarda (qısa və ya uzun məsafəli yerlərə daşınan betonlarda);
  • zavoddan çıxarılarkən aşağı qatılıqlı, tikinti yerində isə daha yüksək qatılığa malik betonların tələb olunduğu hallarda;
  • tikinti yerində betonun işlənmə sürətinin artırılması və işin qısa müddətdə başa çatdırılması hallarında istifadə olunur.

Üstünlükləri

  • tikinti yerində betonun qatılığını orta hesabla 6-8 sm arasında artırır;
  • daşınma zamanı itirilən qatılığı tənzimləyərək betonun qatılığını artırır;
  • betonun su/sement nisbətini dəyişdirmədən istifadə keyfiyyətini artırır;
  • tərkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Beton zavoddan transmikserə 14±1 sm qatılıqda yüklənilir (Standarta görə qatılıq miqdarı qış vaxtı azalır). Transmikser operatoru beton zavodundan FLOTON MOD N plastifikatorlu qatqı bidonunu tam dolu vəziyyətdə alır. Bidonun üzərində üçdə bir və üçdə iki səviyyələrini göstərən iki cizgi (xətt) mövcuddur. Növbədə gözləyən maşınların sayından asılı olaraq, betonu boşaltmağa başlamazdan təxminən beş dəqiqə əvvəl transmikser operatoru qazana 7-9 m3 beton miqdarına görə 10 kq-lıq bidonun hamısını, 4-6 m3 üçün bidonun üçdə ikisini, 2-3 m3üçün üçdə biri qədərini boşaldır. Qazan ən sürətli dövretmə ilə üç dəqiqə qarışıdırılır. Bu müddət eynicinsli qarışıq əldə etmək üçün kifayətdir. Bu prosedurun sonunda betonun qatılığı 6-8 sm artaraq S-4 qatılığına çatır.

Tikinti yerinin tələb etdiyi və ya tikinti yerinə çatdırılan betonun qatılığı S-3 və ya daha yuxarıdırsa, beton qatqı əlavə edilmədən boşaldılır.

Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən mineral yapışdırıcılarla reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda yapışdırıcı dənəciklər tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəciklər elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qatqı suyunun azalmasına mütənasib olaraq betonun mexaniki möhkəmliyi artır.

Digər qatqı materialları ilə uyğunlaşması. FLOTON MOD N aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • yüksək miqdarda yapışdırıcı maddənin istifadə olunmasına ehtiyac yarandığı hallarda kvars qumu, vulkan külü və şlakla;
  • OKETON və FLOTONseriyalı qatqılarla;
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla ilə;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • FLOTON MOD Nməhsulunun BEMATON seriyalı əlavələrlə birlikdə istifadə olunması tövsiyə olunmur.

Texniki göstəricilər

Maddənin quruluşu

naftalin sulfonat əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,10-1,12 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-12)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<10,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

FLOTON MOD N sement kütləsinin 0,4-0,7 %-i miqdarında istifadə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış FLOTON MOD N mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma proseduru zamanı təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • qatqı qatılmazdan əvvəl betonun qatılığı S-3-dən artıqdırsa, FLOTON MOD N-i betona qatmayın;
  • qarışığın içindəki qatqı miqdarı qarışıqdakı sement və ikinci dərəcəli yapışdırıcıların (kvars qumu, vulkan külü, şlak) cəminin qatqı maddəsinin miqdarına vurulması ilə hesablanır;
  • tövsiyə olunan istifadə miqdarından daha artıq məhsuldan istifadə olunduğu təqdirdə qarışığın bərkimə (sərtləşmə) müddətləri uzana bilər. Belə hallarda qəlib alma müddətində dəmir-beton konstruksiyaların sərtləşdirilməsi təmin olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!