az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Rokol Mirvari Boya

Rokol Mirvari Boya

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Akrilik kopolimer əsaslı, istifadəyə hazır, səthdə qumlu parlaq mirvari effekti yaradan, dekorativ daxili divar boyasıdır.

İSTİFADƏ SAHƏLƏRİ

Hər cür daxili  suvanmış beton, gips və s. səthlərdə istifadə olunur.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması: Rokol Mirvari (sədəf) Boyanın vurulacagı səthin quru və hamar olması çox vacibdir. Səth yapışmağa mane olan bütün növ qalıqlardan təmizlənməlidir. Boya vurulduğu zaman mühitin temperaturu 5-30° arasında olmalıdır. Səth Rokol Binder, Rokol akrilik astar və ya bənzərməhsullarla astarlanmalıdır. Arzu olunan  effektin əldə olunması və sərfiyyatın azaldılması üçün səthə Mirvari Boyanın rənginə uyğun Rokol Plus Boya və ya bənzər məhsullar vurmaq lazımdır. Tam quruduqdan sonra qumlu Mirvari Boyanı səthə çəkmək olar.

Tətbiqi: Məhsul istifadəyə hazırdır. Arzu olunan rəngə görə rəng pastasını ehtiyatla əlavə edib 2-3 dəqiqə qarışdırmaq lazımdır. Ehtiyac olarsa istifadədən qabaq boyaya 3-5 % su əlavə etmək olar. Məhsulu səthə hamar və dekorativ görüntüdən asılı  olaraq müxtəlif ölçülü  fırça ilə xaotik hərəkət etdirməklə, və ya diaqonal üzrə vurmaq lazımdır. Boyanı vurduqdan 13-15 dəqiqə sonra divarda zövqə uyğun dekorativ görüntünü yaratmaq üçün təmizlənmiş enli fırça ilə dənəcikləri hamarlamaq lazımdır.

TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Rəngi                    ağ

Sıxlığı                   1.1-1.15 kq/l

Sərfiyyatı              1 kq/4-4.5 m2

Quruma müddəti:

qatlar arası           3-4 saat

son quruma          24 saat

Qablaşdırma         7 kq və 2.5 kq-lıq plastik qablarda

SAXLAMA MÜDDƏTİ

Açılmamış qablarda, quru şəraitdə, birbaşa günəş tutmayan yerdə donmadan qorumaqla 18 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

S2 Uşaqların əli çatmayan yerlərdə saxlayın

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

Şirkət mütəxəssislərinin gördüyü işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət  A" şirkəti məsuliyyət daşımır.