az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"EPOKS 200" epoksid əsaslı aralıq doldurma qarışığı (boz)

"EPOKS 200" epoksid əsaslı aralıq doldurma qarışığı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Epoksid qatran əsaslı, kimyəvi maddələrə və bakteriyalara qarşı davamlı, keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların birləşmə aralarının (məsamələrinin) doldurulması üçün rahat istifadə olunan, su ilə təmizlənə bilən aralıq doldurma qarışığıdır. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • mövcud səthlərə yapışdırılmış keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların birləşmə aralıqlarının (məsamələrinin) doldurulmasında;
  • hər növ qida istehsalı müəssisələrində, ət və balıq sənayesində, yeməkxanalarda, qəssabxanalarda;
  • dərman, boya, kağız, akkumulyator və gübrə sənayesində, mətbəələrdə;
  • sənaye obyektlərinin mətbəxlərində və camaşırxanalarda;
  • xəstəxanalardakı hər növ gigiyenik şəraitdə;
  • üzgüçülük hovuzları və termal hovuzlarda;
  • su tullantılarının axıdılması və təmizlənməsi müəssisələrində;
  • piyadaların sıx toplandığı alış-veriş mərkəzlərində, terminallarda və s. yerlərdə istifadə olunur.

Üstünlükləri

  • kimyəvi maddələrə, turşulara, qələvilərə, yağlara, qida və məişət tullantıları sularına, kimyəvi tullantı sularına qarşı davamlıdır;
  • antibakterial xüsusiyyəti vardır;
  • kif, göbələk və bakteriya yaratmır;
  • çirk tutmur, təmizlənməsi asandır;
  • 2 mm-dən 10 mm-ə qədər olan aralıqların doldurulması üçün müvafiqdir;
  • mexaniki davamlılığı yüksəkdir;
  • şaxtaya və istiliyə davamlıdır;
  • içməli su ilə təmasda olan sahələrdə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Keramika yapışdırıcısı kimi istifadə olunan yapışqanın lazımi qədər möhkəm olması üçün bir qədər gözləmək lazımdır. Məhlul tətbiq olunmazdan əvvəl keramika səthlərinin təmiz olub-olmaması yoxlanılmalı və çirkdən təmizlənməlidir.

Qarışığın hazırlanması. EPOKS 200 aralıq doldurma qarışığı ikikomponentli olmaqla, müvafiq miqdarlarda qablaşdırılır. Əgər qablaşdırmanın bir hissəsi istifadə olunacaqsa, Epoksid əsaslı qatran yapışdırıcı A komponenti, sərtləşdirici B komponenti ilə 100%(A)/4%(B) miqdarında qarışdırılır. İstifadə zamanı hər iki komponent, eynicinsli tərkib əmələ gələnə qədər 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırılmalıdır.

Tətbiqi. EPOKS 200 aralıq doldurma qarışığını plastik, yaxud sərt kauçuk mala ilə, ya da ağzından doldurulan tapança vasitəsilə boşluqlara doldurun. Artıq məhlulu boşluqlardan kənar edin. Dərin məsamələrdə ilk dəfə doldurulan məhlulun çökə biləcəyini nəzərə alaraq məsamənin tam dolduğundan əmin olun. Şəraitin və səthin temperaturundan asılı olaraq 15-30 dəqiqə gözləyin, müvafiq süngər və yuyucu toz tökülmüş isti su ilə səthləri təmizləyərək məsamələri yekun vəziyyətə çatdırın. Təmizləmə zamanı çirklənən süngəri tez-tez dəyişdirin.

Birləşmə aralarına (məsamələrə) doldurulmuş epoksid qatran əsaslı maddələr keramikaların üzərində nazik qat şəklində təbəqə əmələ gətirir. Bu təbəqələr yaxşıca təmizlənməlidir. Gecikdikdə təmizləmə işi çox çətinləşir.

Keramikaların üzərindəki son nazik təbəqə istifadədən 4-10 saat sonra müvafiq süngər və yuyucu toz tökülmüş isti su vasitəsi ilə təmizlənməlidir. Son təmizləmə suyuna 10% həcmində spirt əlavə olunaraq səth silinməlidir.

Tövsiyələr. EPOKS 200 məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C÷+200C-dir. Hazır EPOKS 200 məhlulu qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

Tərkibi:

  • A komponenti
  • B komponenti

epoksid əsaslı qatran (yapışdırıcı)
epoksid əsaslı sərtləşdirici

Su udma qabiliyyəti (4 saat sonra)

0,1 qr

Mühitin temperaturu

+100C ÷+250C

İstifadə müddəti

45 dəqiqə

Temperatura davamlılığı:

  • quru şəraitdə
  • nəmli şəraitdə

200C ÷ +800C;
200C ÷+500C

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

31 MPa
46 MPa

Açıq şəkildə saxlama müddəti

20 dəqiqə

Qopma müqaviməti

2,60 N/mm2

Piyadalar üçün istifadəyə verilmə müddəti

7 gün

Qarışdırma nisbətləri

A komponenti: epoksid əsaslı qatran- 5,0 kq,
B komponenti: epoksid əsaslı sərtləşdirici - 0,2 kq

Qablaşdırma:

  • A komponenti
  • B komponenti

5 kq-lıq dəmir qablarda
0,2 kq-lıq dəmir qablarda

Sərfiyyat

Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq aralıq doldurma qarışığının sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donvurmadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • materialın tətbiq olunduğu yerləri daimi havalandırın;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər maddənin udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!