az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" parket lakı parlaq

Məhsul haqqında

Üretan alkid əsaslı, birkomponentli parket lakıdır.

İstifadə sahələri

Bu lakdan:

  • parket döşəmələrdə;
  • istənilən daxili ağac səthlərində istifadə olunur.

Üstünlükləri

  • fiziki və kimyəvi təsirlərə davamlıdır;
  • zərbəyə və cızılmağa qarşı dayanıqlıdır;
  • asan istifadə olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Boyanın tətbiq ediləcəyi səthlər yağ, pas, su və köhnə boyalardan təmizlənməlidir.

Tətbiqi. İstifadədən qabaq boya yaxşıca qarışdırılmalı və nazik qat şəklində səthə çəkilməlidir. 3-4 gündən sonra fiziki-kimyəvi təsirlərə qarşı davamlı olur.

Texniki göstəricilər

Tərkibi

üretan alkid əsaslı

Örtmə qabiliyyəti

tək qatda 17m2/l

Quruma müddəti (+200C temperaturda):
-ilk
-son


2-3 saatdan sonra
7-8 saatdan sonra

Sərfiyyat

Tək qatda 0,06 l boya ilə 1 m2 səthi boyamaq olar.

Saxlama müddəti və qaydası

Kip və ağzı bağlı qabda, sərin yerdə 12 ay saxtanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • lak buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
  • tətbiq olunduğu mühiti havalandırın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!