az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik lüks parlaq boya

"ROKOL" sintetik lüks parlaq boya

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Aromatik quruluşlu, tətbiq zamanı və sonradan yarana biləcək narahatedici qoxuları yox edən, solventlərlə yaradılmış, yüksək parlaqlıq və örtmə gücünə malik, modifikasiyalı alkil qatranı əsaslı son qat boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • binaların daxili səthlərində;
  • metal səthlərin dekorativ olaraq son qat boyanmasında istifadə olunur.

Üstünlükləri

  • yüksək parlaqlığa və örtmə gücünə malikdir;
  • pis qoxuları aradan qaldırır;
  • asan tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz və hamar olmalı, boyanacaq səthlər yağ, kir, pas və hər növ qalıqlardan təmizlənməli və ROKOL Sintetik Antipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsulu ilə astarlanmalıdır.

Tətbiqi. 1 litr ROKOL Lüks Parlaq boyası fırça və ya vərdənə ilə tətbiq olunduqda 50-100 ml, püskürtmə aparatı ilə tətbiq olunduqda isə 100-150 ml ROKOL Sintetik Tinerlə yumşaldılmalıdır. 4 saat fasilədən sonra isə səthə boya çəkilməlidir.

Texniki göstəricilər

Rəngi

ağ, açıq mavi, tünd mavi

Məhsulun quruluşu

alkid qatranı əsaslı

Quru qalığı

67%

Sıxlığı

1,05 kq/litr

Tam quruma müddəti

24 saatdan sonar

Qablaşdırma

0,85; 3,75 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyatı

1 m2 səthə 125-150 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə 1 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!