az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PENOFAS" istiliyi və səsi izolyasiya edən montalama sistemi

"PENOFAS" istiliyi və səsi izolyasiya edən montalama sistemi

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Binaların fasadlarının fərdi şəkildə örtülməsi, bəzədilməsi və yükünün azaldılması üçün nəzərdə tutulmuş istilik və səs izolyasiyası lövhələrinin örtük məhsulları ilə örtülməsindən əmələ gələn montalama sistemidir.

Üstünlükləri

Bu məhsuldan:

  • binaların, villaların və müxtəlif tikililərin çöl tərəfdən montalanmasında;
  • villalarda və bir çox hündür mərtəbəli tikililərdə çöl divarların istilik və səs izolyasiya sistemi kimi istifadə olunur.

İstifadə sahələri

Bu məhsuldan:

  • binaların, villaların və müxtəlif tikililərin çöl tərəfdən montalanmasında;
  • villalarda və bir çox hündür mərtəbəli tikililərdə çöl divarların istilik və səs izolyasiya sistemi kimi istifadə olunur.

Penofas istilik izolyasiya sisteminin fasadda yaradılma ardıcıllığı

  • suvaq malası ilə Penoflex 5 yapışdırıcısını istilik izolyasiya lövhələrinin kənarlarına xətt şəklində, orta hissəsinə isə dairə şəklində çəkin, istənilən səviyyə və bərabərlik yaranan kimi istilik izolyasiya lövhələrini səthə yapışdırın;
  • Penoflex 5 yapışdırıcısı bərkidikdən sonra istilik izolyasiya lövhələrini uyğun səthə mexaniki olaraq dubellə (mismarla) bərkidin;
  • dubellənmiş istilik izolyasiya lövhələrinin səthinə bir qat Penoflex 8 suvağı çəkin;
  • birinci qat qabıq bağlayana kimi üzərinə sıva filesi (tor) otuzdurun;
  • sıva filesinin (torun) üzərinə ikinci qat Penoflex 8 suvağı vurun;
  • Penoflex 8 suvağı bərkidikdən sonra səthi Binmader astarla astarlayın;
  • sonda isə qoruyucu fasad boyası çəkin.

Zəmanət və texniki dəstək

  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!