az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" texture boya

Məhsul haqqında

Akrilik sopolimer əsaslı, silikonlu, yüksək örtmə qabliyyətinə malik, nəmə və suya qarşı dayanıqlı, uzun illər rəngi solmayan, tutqun rəngli fasad divar boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • xarici səthlərdə (fasadda) beton, suvaq, kərpic və s. kimi səthlərdə;
  • interyerdə dekorativ görünüş yaratmaq məqsədilə istifadə olunur.

Üstünlükləri

  • yüksək örtmə qabliyyətinə malikdir;
  • nəmə və suya qarşı davamlıdır;
  • rəngi uzun illər solmur;
  • dekorativ görüntü yaradır;
  • asanla tətbiq olunur.

Səthin hazırlanması. Boya çəkiləcək səthlər yapışmağa mane olan hər növ toz, yağ, parafin və s. qalıqlardan təmizlənməlidir. Binalarda su ilə bağlı bütün izolyasiya tədbirləri görülməlidir.

Tətbiqi. Təzə suvanmış səthlərdə ən azı 28 gün gözlədikdən sonra tətbiq olunmalıdır. Fırça və ya vərdənə ilə səthə çəkilməlidir.

Texniki göstəricilər

Rəngi

Məhsulun quruluşu

akrilik sopolimer əsaslı

Quru qalığı

82%

Sıxlığı

1,81 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

25 kq-lıq plastik qablarda

Sərfiyyatı

1 m2 səthə 1,0-1,5 kq boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə +50C-dən yuxarı,+350C-dən aşağı temperatur şəraitində 3 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!