az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATON 300" səthin hamarlandırılması və təmir işləri üçün material

"MATON 300" səthin hamarlandırılması və təmir işləri üçün material

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

MATON 300 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, beton səthlərdə hamarlılığı təmin edən təmir və səthlərin düzəldilməsi işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • beton hissələrdə səth əyriliklərinin aradan qaldırılmasında və səthin hamarlaşdırılmasında;
  • sənaye müəsisələrində epoksid boyaların altından hamar səthlərin əldə edilməsində;
  • aşınmamış betonlarda dözümlü və uzunömürlü təbəqənin əldə edilməsində;
  • su izolyasiyasını həyata kecirməzdən əvvəl beton səthlərin hamarlaşdırılmasında;
  • yüngül və orta ağırlıqlı nəqliyyat vasıtələrinin hərəkət edəcəyi döşəmə səthlərinin düzəldilməsində;
  • beton səthlərdə boya işlərindən öncə kələ-kötürlərin və ya digər maneələrin aradan qaldırılmasında;
  • ümumi təmir işləri həyata keçirilmiş sahələrdə səthin hamarlaşdırılmasında istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır və asanlıqla istifadə olunur;
  • beton səthdə yüksək yapışqanlılıq yaradır;
  • geniş sahələrdə çat əmələ gəlmir və asanlıqla tətbiq olunur;
  • yüksək tikstropik xüsusiyyətlərə malikdir;
  • su keçirmir;
  • donmaya və açılmaya qarşı davamlıdır;
  • çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 300 məhsulunun tətbiq olunacağı sahələr təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Səthdə yerləşən taxta və dəmir parçalar çıxarılmalı, 4 sm dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsul ilə doldurulmalıdır. Materialın tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır.

Qarışığın hazırlanması. Lazımi miqdarda suyu xüsusi ölçü qabı vasitəsilə qarışdırma qabına boşaldın. MATON 300 məhsulunu yavaş-yavaş suya əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, təkrarən 30 saniyə qarışdırın və materialı istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 300

1kq-lıq maddə üzrə

25 kq-lıq kisə üzrə

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

0,19 litr

4,75 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,05 kq/litr

Tətbiqi. Hazırlanmış qarışığı səthə 1-5 mm qalınlığında olmaqla mala vasitəsilə tətbiq edin. Qarışığın suyu çəkildikdən sonra səthə çəkilmış material üzərinə su səpin, sonra isə dəmir və ya taxta mala ilə səthdə tamamlama işləri aparın. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 300 məhsulu +200C temperaturda 45 dəqiqə ərzində istifadə olunmalıdır. Bu müddət +300C temperaturda 20-25 dəqiqədir. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddətləri ləngiyir və bu da quruma və istifadə müddətini uzadır. Yüksək temperatur hidratasiya müddətinı qısaldır və nəticədə quruma və fəaliyyət müddəti qisalır. Materialın bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. Xarici səthdə iş aparılarkən 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. İstifadə olunduqdan sonra alətlər su ilə təmizlənməlidir. MATON 300 bərkidikdən sonra yalnız mexaniki vasitələrlə səthdən təmizlənə bilər.

Texniki göstəricilər

Rəngi

boz, ağ

İstifadə müddəti:

  • +200C temperaturda


45 dəqiqə

Əyilmədə möhkəmlilik həddi:

  • 28 gündən sonra

>7,0 N/mm2

Sıxılmada möhkəmlilik həddi:

  • 1 gündən sonra
  • 7 gündən sonra
  • 28 gündən sonra

 

>20 N/mm2
>35 N/mm2
>40 N/mm2

Qopma müqaviməti:

  • 28 gündən sonra

 

>1,0 N/mm2

Elastiklik modulu:

  • 28 gündən sonra

 

>20, 0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

 

1 mm
5 mm

İstifadə temperaturu

+50C ÷+320C

İstifadəyə verilmə müddəti:

  • +200 C temperaturda

 

24 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,72 kq/mquru qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!