az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FasNatural 100" fasadda dekorativ üzlük plitələrinın hazırlanması üçün quru qarışıq

"FasNatural 100" fasadda dekorativ üzlük plitələrinın hazırlanması üçün quru qarışıq

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponenti, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik fasadda üzlük piltələrinin yaradılması üçün istifadə olunan toz məhsuludur. TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bу məhsuldan:

  • XPS (sıxışdırılmış polistiren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərin üzərinə birbaşa suvaq şəklində vurulmaqla səthdə üzlük plitələrinin yaradılmasında;
  • həmçinin daxili məkanlarda da istifadə edilə bilər.

Üstünlükləri

  • aqlay daşını əvəz edir;
  • su hopmur;
  • şaxtada çatlamır;
  • binalarda fasadın yükünü 11 dəfəyə kimi azaldır;
  • daha ucuz başa gəlir;
  • məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
  • bu məhsulla yerinə yetirilən işlər daha tez və rahat başa gəlir.

İstifadə qaydaları

Səthin hazırlanması. FasNatural 100 tətbiq olunmazdan əvvəl səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir və səthə istilik izolyasiya lövhələri padmayak (düz səviyyədə) olaraq yapışdırılmalıdır.

Qarışdırılması. 25 kq-lıq FasNatural 100 məhsulu içərisində 6,0-6,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır.

Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.

Tətbiqi.
 Hazırlanmış FasNatural 100 qarışığı fasadın üzərinə vurulmuş XPS, EPS və s. lövhələrin üzərinə polad mala ilə nazik qatda çəkilir. Birinci qat qabıq bağlayana kimi üzərinə siva filesi (tor) otuzdurulur. Sonra siva filesinin (torun) üzərinə 2-3 mm qalınlığında ikinci qat FasNatural 100 məhsulu çəkilir. FasNatural 100 məhsulu bərkidikdən sonra ( təxminən 1 gündən sonra) xüsusi Frez aləti vasitəsilə tələb olunan qalınlıqda aralıqlar kəsilir. Kəsilmiş aralıqlara mala ilə FasNatural 100 məhsulu doldurulur və dekorasiyaya uyğun dərinlikdə aralıqlar saxlamaq şərtilə xüsusi aləti doldurulmuş aralıqların üzərində hərəkət etdirməklə tələb olunan dekorasiyaya uyğun aralıqlar alınır. FasNatural 100 tam möhkəmlik aldıqdan sonra (təxminən 7 gündən sonra) səth cilalanır. FasNatural 100 məhsulu səthə makina ilə də vurula bilər.

Qeyd: Əgər binaların fasadları FasNatural 100 qarışığı ilə üzlənmişsə, ehtiyac yarandığı halda 20 ildən sonra səth yenidən 1 mm qalınlığında cilalana bilər.

Tövsiyələr. FasNatural 100 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)

İstifadə temperaturu

+50C - 300C

Su/quru qarışıq

6,0-6,5 litr su /25 kq quru qarışıq

İstifadə müddəti

80 dəqiqə

Örtüyün qalınlığı

3-7 mm

Sıxılmada möhkəmlik həddi:

  • havada quru halda, az olmamalı
  • su hopdurulmuş halda, az olmamalı


11,0 MPa
7,5 Mpa

Şaxtayadavamlılıq markası

F 25-dən az olmamalı

Qablaşdırma

3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə

Sərfiyyat

1 mm qalınlığa 1,3-1,5 kq/m2 FasNatural 100 quru qarışığı sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural100 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • İstifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!