İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FLOMEL" S 100 super plastifikatorların məhlul şəklində daşınmasının çətinlik yarandığı yerlərdə istifadə olunan beton qatqısı

"FLOMEL" S 100 super plastifikatorların məhlul şəklində daşınmasının çətinlik yarandığı yerlərdə istifadə olunan beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

FLOMEL S 100 melamin sulfonat əsaslı, sement və gips kimi toz məhsullarının emalında istifadə olunan tozşəkilli super plastifikatordur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • tikinti üçün nəzərdə tutulan kimya məhsulları sənayesində;
  • sement əsaslı tozşəkilli məhsul emalında;
  • gips əsaslı tozşəkilli məhsul emalında;
  • məhlul şəklində super plastifikatorların daşınmasının çətinlik yaratdığı yerlərdə;
  • sənayedə qəlib gipsi istehsalında istifadə olunur.

Üstünlükləri

  • tozşəkilli məhsulların qarışıq suyunu azaldaraq möhkəmliyini artırır;
  • tozşəkilli məhsulların qarışıq suyunu azaldaraq həm də isifadə qabiliyyətini artırır;
  • tozşəkilli məhsulların rənglərini dəyişdirmir;
  • tikinti yerində asanlıqla su ilə qarışdırılaraq məhlul şəklində super plastifikator əldə olunur;
  • su ilə qarışdırıldıqda şəffaf rəngli qarışıq əldə olunur.

Texniki göstəricilər

Maddənin quruluşu

melamin sulfonat əsaslı

Rəngi

Sıxlığı

1,8-1,9 kq/ litr

Qablaşdırma

polietilenlə möhkəmləndirilmiş 25 kq-lıq kraft kisələrdə

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

FLOMEL S 100 bağlayıcının kütləsinin %-lə miqdarı aşağıdakı kimi olmalıdır:

  • qarışığın istifadə keyfiyyətini artırmaq üçün 0,2 -0,4 % miqdarında;
  • qarışığın müqavimətini artırmaq üçün 0,3-0,6 % miqdarında;
  • qarışığın davamlılıq və müqavimətini artırmaq üçün 0,5-0,9 % miqdarında;
  • hamarlayıcı örtüklər və zavod istehsalı olan gips komponentləri üçün 0,6-1,5 kq miqdarında;
  • gips qəliblər üçün 0,5-1,5 kq miqdarında;
  • istifadə miqdarı əsasən laboratoriya tədqiqatları ilə müəyyən olunur.

Saxlama müddəti və qaydası

Quru şəraitdə, temperaturun +400C-dən çox olmadığı yerlərdə orijinal kisələrdə saxlanılmalıdır. Müvafiq saxlama şərtlərinə uyğun olaraq orijinal qablaşdırmada məhsul istehsal müddətindən etibarən 24 ay saxlanıla bilər. Açılmış kisələr müvafiq saxlama şərtlərində saxlanılmaqla 1 həftə ərzində istifadə olunmalıdır.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!