az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FASMATİK" sement və perlit əsaslı fasad makina suvağı

"FASMATİK" sement və perlit əsaslı fasad makina suvağı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement və perlit əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən suvaqdır. ГОСТ 28013-98 standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • beton səthlərin, yüngül betondan hörülmüş divar və tavanların suvanmasında;
  • kərpic, mişar daşı və digər növ daşların hörülməsində və həmin hörgülərin suvanmasında;
  • beton, yığma beton, qaz-betondan tikilmiş divar və tavanların mexaniki yolla suvaq maşını və ya əl aləti ilə suvanmasında istifadə olunur.

Üstünlükləri

  • Fasmatik suvaq-hörgü qarışığı ilə suvanmış səth və hörülmüş divar əks tərəfə su və nəmlik buraxmır;
  • qarışıqdan hazırlanmış suvaq materialının çəkildiyi divarda birbaşa və ya ancaq üzlük alçıdan istifadə etməklə üzlük-tamamlama işləri görmək olur (yəni astar alçıya qənaət olunur);
  • Fasmatik suvaq-hörgü qarışığından hörülmüş və suvanmış divarlar qışda isti, yayda sərin olur;
  • böyük həcmli səthlərin suvaq maşını ilə rahat və tez işlənilməsinə imkan verir, ustanın işini yüngülləşdirir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. Səthdə qopmuş, qırılmış yerlər, çatlar olarsa, Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsulu ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır. Suvaq vurulacaq səthin düz olması (padmayak) üçün ano profillər bir müstəvidə yerləşdirilməli, divarların künclərinin düz və dəqiqliyindən ötrü ano profillərlə bir müstəvidə künc profilləri (köşe profilləri) də quraşdırılmalıdır. Profillər səthə suvaq vurmamışdan 24 saat öncə quraşdırılmalıdır ki, qarışıq profilləri tutsun.

Qarışığın hazırlanması (əl aləti ilə). 25 kq-lıq Fasmatik suvaq-hörgü qarışığını yavaş-yavaş 4,0-5,0 litr təmiz su tökülmüş qaba boşaldın, qarışdırıcı və ya əl aləti ilə homogen sistem əmələ gələnə kimi qarışdırın. 3-5 dəqiqə gözlədikdən sonra yenidən qarışdırın.

Tətbiqi (əl aləti ilə). Hazırlanmış səthə 8-10 mm qalınlığında mala ilə vurulur, xüsusi mastarla (alüminium profil aləti) mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq donmağa başladıqdan sonra səth su ilə nəmləndirilməklə sürtgəc vasitəsilə hamarlanır. Əgər suvaq 2 sm-dən çox qalınlıq tələb edirsə, onda həmin suvaq qarışığını səthə 2 mərhələdə çəkmək lazımdır. Hazırlanan qarışıq 120 dəqiqə ərzində işlədilməlidir.

Qarışığın hazırlanması (suvaq maşını ilə). Suvaq maşınının bunkerinə tələb olunan miqdarda Fasmatik suvaq-hörgü qarışığı tökün və həmin bunkerə fasiləsiz su axını qoşun. Fasmatik makina suvağının su ilə qarışma nisbətini makinanın proqramına daxil edin və makinanı işə salaraq avtomatik olaraq məhsulu homogen şəkildə qarışdırın.

Tətbiqi (suvaq maşını ilə). Hazır qarışıq makinanın üstündəki hava kompressorunun köməyi ilə səthə 8-10 mm-dən az olmayan qalınlıqda püskürdülür. Səthə püskürdülən suvaq xüsusi mastar ilə mastarlanır və qarışığın artıq hissəsi sıyrılaraq götürülür. Qarışıq donmağa başladıqdan sonra həmin suvağı su ilə isladıb sürtgəclə hamarlamaq lazımdır.

Tövsiyələr. Fasmatik makina suvaq qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperatutu

+50 C -+300 C

Su/ quru qarişıq

4,0-5,0 litr su /25kq quru qarışıq

İstifadə müddəti

120 dəqiqə

Minimum tətbiq qalınlığı

8-10 mm

Maksimum tətbiq qalınlığı

35 mm

Quru halda məhsulun tökmə sıxlığı

1200 kq/m3

İstifadəyə hazır məhlulun sıxlığı

1700 kq/m3

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

2 N/mm2

5 N/mm2

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 və 50 kq-lıq kisələrdə

Sərfiyyat

8-10 mm qalınlığında, 1m2 səthin suvanmasına 12-14 kq Fasmatik makina suvağı sərf olunur. 25 kq-lıq Fasmatik makina suvağı təxminən 2 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Fasmatikmakina suvağının kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!