az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Söndürülmüş əhəng qrupu

Söndürülmüş əhəng qrupu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Əhəng daşının  lazımı temperaturda termiki parçalanmasından alınan sönməmiş əhəngin xüsusi hidratorlarda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən ağ rəngli söndürülmüş əhəng məhsuludur.

ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

 

İSTİFADƏ SAHƏLƏRİ

Bu məhsuldan inşaat materiallarının  istehsalında,kənd təsərrüfatı sahələrində, ,xlorlu əhəngin alınmasında, suda olan müvəqqəti codluğun aradan qaldırılmasında,Şəkər istehsalında,bitki xəstəliklərinə qarşı mübarizə vasitələrinin hazırlanmasında, binaların və ağacların gövdələrinin ağardılmasında istifadə edilir.

İnşaat sektorunun müxtəlif sahələrində ,binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində həmçinin də kimyəvi xammalların istehsalında istifadə oluna bilər. 

 

ÜSTÜNLÜKLƏRİ

Rahat hazırlanır və istifadə olunur;

Təbii əhəngdaşının bişirilməsindən alınan məhsul olduğundan insan orqanizminə heç bir ziyanı yoxdur;

Divarlar əhəng qarışığı ilə hörüldükdə və suvandıqda otaqlar nəfəs alır;

Ekoloji baxımdan təmiz və faydalıdır;

 

İSTİFADƏ QAYDALARI

Yağlı əhəng qarışığı: 7 kisə əhəngi və 160 litr suyu 1 m3 qum ilə qarışdırın və 3-5 dəqiqə gözləyin;

Alınan qarışıqdan tikinti işlərində hörgü məqsədilə istifadə etmək olar.

Müqavimətli qarışıq: 7 kisə əhəngi və 120 litr suyu 1 m3 qum ilə qarışdırın. 2 saatdan sonra 3-4 kisə sement və 80 litr su əlavə edərək yenidən qarışdırın;

Alınan qarışıqdan tikinti işlərində hörgü və suvaq məqsədilə istifadə etmək olar.

Sulu əhəng qarışığı: 1 kisə əhəngi 120 litr su ilə qarışdırmaqla əhəng məhlulu hazırlayın.

Alınan məhluldan fırça və ya vərdənə vasitəsilə tətbiq etməklə  həm tikintidə, həm də kənd təsərüfatında ağartma işlərində istifadə edin.

Göstəricilər

Söndürülmüş əhəng

1-ci növ

2-ci növ

 

Rəngi

Məhsulun tökmə sıxlığı

 

400-500 kq/m3

400-500 kq/m3

Aktiv (CaO+MgO)

 

>67%

 

>60%

 

Al2O3 + Fe2O3                  

 

<2,5%

<2,5%

CO 2

<3%

<5%

 

Ca(OH)2

>90%

 

>80%

 

 

Qablaşdırma

20 kq-lıq polietilən və ya kağız kisələr,500 və 1000 kq-lıq polietilen  Biq Bəg

 

 

 

20 kq-lıq polietilən və ya kağız kisələr,500 və 1000 kq-lıq polietilen  Biq Bəg

 

 

 

Qablaşdırma:                      20 kq-lıq polietilən və ya kağız kisələr,500 və 1000 kq-lıq polietilen  Biq Bəg kisələr.

 

SAXLАМА МÜDDƏTİ VƏ QAYDASI

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 1il saxlanıla bilər.

 

XƏBƏRDARLIQLAR

AZERLIME qarşığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;

Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda saxlayın;

 

ZƏMANƏT  VƏ  TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;

Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!