MATANAT A Şirkətlər Qrupu növbəti maarifləndirmə tədbirini uğurla həyata keçirdi.
MATANATA USTALAR KLUBU peşəkar inkişaf və texniki biliklərin artırılması istiqamətində təşkil etdiyi ənənəvi maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti silsilə tədbirlər çərçivəsində Qusar şəhərində yüzlərlə peşəkar usta ilə bir araya gələrək şirkətin brendləri olan ROKOL, MİRVANA, MUTLU boyaları və FASMİNERAL məhsulları barədə ətraflı məlumatlar verildi.
Tədbir zamanı iştirakçılara məhsulların üstünlükləri, istifadə sahələri və tətbiq üsulları praktik nümunələrlə izah olundu. Tədbirin sonunda iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.