Hər zaman sahibkarlıq fəaliyyətinə dövlət dəstəyini öz üzərində hiss edən Mətanət A şirkəti bu il 21-ci BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində fəaliyyətini uğurla davam etdirib. Təmir və tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş “Mətanət A” şirkəti BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində ənənəvi məhsullarla yanaşı ən yeni innovativ tikinti materialları ilə ictimaiyyətin görüşünə gəlib.
Belə ki, yeni nəsil boyalar olan ROKOL boyaları, fasadda ağlay daşını yaradan FasNatural məhsulu, FASMATİK əl və makina suvağı və Azərbaycanda bir ilk olan BLOKPAN natural gips əsaslı hörgü blokları sərgi iştirakçılarının marağına səbəb olub. Yeni innovativ məhsullarla yanaşı şirkətin istehsal etdiyi digər inşaat materialları da qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
BakuBuild 2015 sərgisində nümayiş olunan BLOKPAN natural gips əsaslı hörgü bloku yerli istehlakçılarla yanaşı xarici qonaqların da diqqətini çəkib və maraqla qarşılanıb. BLOKPAN hörgü blokları sayəsində artıq kərpicə, quma, sementə və astar-üzlük şpatlyovkaya ehtiyac qalmır. Bu məhsul dörd iş bir məhsulda sloqanı ilə böyük alıcı marağına səbəb olub. BLOKPAN məhsulunun bir çox üstünlükləri vardır: ekoloji sağlamdır; təmir və hörgü işi tez başa gəlir; qara suvağa, astar və üzlük şpatlyovkaya ehtiyac qalmır; təmir xərci digər məhsullara nisbətən dəfələrlə ucuz başa gəlir; hörgü bitdikdən sonra boya və divar kağızı birbaşa vurulur; otaqlarda havanın temperaturunu tənzimləyir; səs izolyasiya qabiliyyəti yüksək olduğuna görə səs keçirmir; hörülmüş divarın çatlama və ya sınma ehtimalı yoxdur. BLOKPAN hörgü blokları sayəsində artıq hörgü işində yeni bir ənənənin təməli qoyulmuş oldu.
Sərgidə nümayiş olunan və müasir alman texnologiyaları ilə istehsal olunan ROKOL boyaları Sintetik; Emulsiya; Sellülozik və İzolyasiya boyaları olmaqla 4 əsas istiqamətdə istehlakçılara təklif olunur. ROKOL boyaları söz də yox işdə alman texnologiyaları əsasında hazırlanır və zavod Avropa istehsalat prosesinə tam uyğunlaşdırılıb. “İlin uğurla inkişaf edən boya brendi” nominasiyasında istehlakçılar tərəfindən qalib elan olunmuş ROKOL boyaları səthə mükəmməl yapışma, yüksək örtmə qabiliyyəti, günəş şüalarına və yağışa davamlı olma xüsusiyyətləri ilə geniş alıcı kütləsi qazanmışdır.
Yarandığı gündən daim nou-hauların, innovativ smart texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti tikinti sektoruna təqdim etdiyi yeni məhsullarla hər zaman öz tövhəsini vermişdir. “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Respublikamızda aparılmış məqsədyönlü iqtisadi siyasətin, sahibkarlığa olan dövlət dəstəyinin nəticəsi kimi bu gün şirkət istehsal həcmini daha da artırmış və qloballaşaraq Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan, Qazaxıstan, Türkiyə, İran kimi ölkələrə Azərbaycan Malı adı altında məhsul ixrac edərək milli iqtisadiyyatımızı xarici bazarlarda da uğurla təmsil etməkdədir.