az

Müştərilərlə birlikdə: 15 il

2015-03-12

15 illik yubileyini qeyd edən “Mətanət A” şirkəti bumüştərilər gün sürətlə irəliləyir və qloballaşır. İstehlakçısına keyfiyyətli məhsullar təqdim etməklə, müştərilərinin rəğbətini və daimi əməkdaşlığını qazanmış şirkət bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini gerçəkləşdirdiyi layihələrlə dəfələrlə sübut edib.

Respublikanın müxtəlif bölgələrində öz müştəriləri ilə yubiley görüşləri keçirən “Mətanət A” şirkəti növbəti tədbirini Lənkəran şəhərində təşkil etdi. Belə ki, “Mətanət A” şirkəti Cənub bölgəsindən olan müştəriləri ilə görüş keçirib. İki hissədən ibarət olan tədbirdə Şirkət əməkdaşları müştərilərə keramika yapışdırıcıları, gips, boya və izolyasiya məhsulları ilə yanaşı şirkətin 15 il ərzində qazandığı uğurları, gələcək hədəflərini və qloballaşma haqqında ümumi məlumat veriblər.

Şirkətin Lənkəran, Masallı, Astara, Yardımlı və Lerikdən olan müştəriləri “Mətanət A”-ya məxsus zavodların istehsal etdiyi məhsulların keyfiyyətindən razı olduqlarını bildirib və tikinti sektorunda “Mətanət A” Şirkətinin məhsullarına həddən artıq tələbat olduğunu vurğulayıblar.

Tədbir gələn qonaqlar üçün təşkil olunmuş ziyafət hədiyyəvə şou proqramla davam edib. Ziyafət zamanı gələn qonaqlara qiymətli hədiyyələr verilib.

Məlumat üçün bildirək ki, “Mətanət A” Şirkəti 15 illik yubileyi ilə əlaqədar belə tədbirləri mütəmadi olaraq keçirir. Silsilə xarakteri daşıyan görüşlərin əsas məqsədi daim müştərilərlə birlikdə olmaq, onların qarşılaşdığı problemləri vaxtında aşkarlamaq və aradan qaldırmaqdır. Çünki “Mətanət A” Şirkətinin əsas hədəfi müştəri məmnuniyyətidir.

Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.