az

Şəhidlər unudulmur

2015-01-22

Azərbaycan xalqının iradəsini və milli azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirən, tariximizdə qanlı, lakin şərəfli bir səhifə olan 20 Yanvar faciəsinin baş verməsindən artıq 25 il ötür. Hər zaman olduğu kimi xalqımız faciə qurbanlarını, şəhidlərini unutmur, onların əziz xatirələri nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da böyük hörmət və fəxarət hissi ilə anılır.

Bu cür anım tədbirlərindən birisi də ölkəmizdə sement və gips əsaslı məhsulların ilk istehsalçısı olan “Mətanət A” şirkətində keçirilmişdir. Şirkət hər zaman xalqımızın azadlığı uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir,  onların igidliyini yüksək qiymətləndirir. Hadisə və onun qurbanlarına verilən dəyərin sübutu kimi isə hər ildönümü günü xalqımızın yanında olur, onun kədərini bölüşür.
Hər zaman olduğu kimi bu dəfə də şirkət rəhbərliyi və əməkdaşları Abşeron rayonu ərazisində inşa olunan 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılan “Xatirə abidəsi”ni ziyarət etdilər, önünə əklil və gül dəstələri qoydular.