az

“Mətanət A” şirkəti növbəti dəfə Mos Build 2014 beynəlxalq inşaat sərgisinin 20 illiyində milli markalarımızı uğurla nümayiş etdirdi

2014-04-04

“Mətanət A” şirkəti hər zaman aktiv şəkildə ölkəmizi regional və beynəlxalq inşaat sərgilərində ləyaqətlə təmsil etmişdir. Sevindirici haldır ki, hər dəfə klassik istehsal etdiyi məhsullarla yanaşı şirkət innovativ smart texnologiyaların tətbiqi ilə istehsalsal etdiyi yeni-yeni məhsul çeşidləri ilə sərgi ziyarətçilərinin diqqətini cəlb etmişdir.

01-04 aprel 2014-cü il tarixində şirkət növbəti dəfə 40-dan artıq ölkənin, 2500-ə yaxın beynəlxalq tikinti şirkətinin, 170 000-dən çox ziyarətçinin iştirak etdiyi Mosbuild 2014 beynəlxalq inşaat sərgisinə qatılmış, milli markalarımızı uğurla tanıtmağa müvəffəq olmuşdur. “Mətanət A” şirkətinin istehsal etdiyi Mətanət A, AĞDAĞ, FasNatural, ROKOL, PARAKONTAKT, Qraniyap, İzolatexe brendləri sərgi iştirakçılarının kütləvi marağına səbəb olmuşdur. Sərgi zamanı yeni əməkdaşlıq müqavilələri imzalandı, ikitərəfli görüşlər keçirildi, qloballaşmaqda olan “Mətanət A” şirkəti üçün yeni uğurlu başlanğıclara start verildi.

Baku Build, Mos Build, Tehran, Dağıstan və s. beynəlxalq və regional inşaat sərgilərində dəfələrlə müvəffəqiyyətlə iştirak edən şirkət qazandığı uğurlarla kifayətlənmir, hazırda böyük həvəs və yüksək enerji ilə 27-29 avqust 2014-cü ildə Türkmənistanın Aşqabad şəhərində keçiriləcək beynəlxalq inşaat sərgisində iştirak etməyə hazırlaşır. Azərbaycan məhsullarını, ölkəmizin iqtisadi reputasiyasını yüksəltmək istiqamətində addım atmaq hər zaman “Mətanət A” şirkəti üçün qürur mənbəyi olmuşdur.