az

"Mətanət A" şirkəti "İlin Şirkəti" elan olundu

2010-12-18

Dekabr ayının 18-i Gülüstan Sarayında "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “İlin Şirkəti 2010” mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

Bu mükafat Azərbaycanda iqtisadiyyat və biznes sahəsi nümayəndələrinə təqdim olunan ən nüfuzlu mükafatdır və sahibkarlığın inkişafı baxımından əlavə stimul rolunu oynayır. Mükafat milli iqtisadiyyatın gücləndirilməsi, dünya standartlarının tətbiqi sahəsində göstərdiyi fəaliyyətə görə biznesmenlərə, dövlət və ictimai xadimlərə təqdim olunur.Sevindirici haldır ki, artıq bir neçə ildir qaliblər arasında “Mətanət A” şirkəti də öz yerini qoruyub saxlamışdır. Öz sektorunda navatorluq və yüksək keyfiyyətli məhsul istehsalı ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti bu dəfə də növbəti bir nominasiyada qalib elan olundu. Geniş istehlakçı kütləsi arasında aparılmış sorğulara əsasən şirkət, “Nano texnologiyalı, ekoloji sağlam inşaat materialları” nominasiyasında öz sektorunda bütün şirkətləri qabaqlayaraq “İlin Şirkəti” elan olunmuşdur. "Mətanət A" şirkətinin kollektivinin də qatıldığı təqdimetmə mərasimində şirkətin fəaliyətini əks etdirən video çarx iştirakçıların diqqətinə çatdırıldı. Daha sonra şirkətin kollektivi adından mükafatı qəbul edən Tural Abbaslı şirkətin əldə olunmuş uğurlardan və gələcək hədəfləri barəsində danışdı. İnşaat sektorunda Azərbaycanda ilk dəfə olaraq Nano texnalogiyasını istehsal prossesinə məhz "Mətanət A" şirkəti tətbiq etmişdir. Bu texnologiya sayəsində istehsal prossesi təkmilləşdirilmiş eləcə də, ekoloji baxımdan daha səmərəli istehsal prossesinə nail olunmuşdur. Qeyd etmək lazımdır ki, "Mətanət A" şirkəti artıq üçüncü dəfədir ki, ayrı-ayrı nominasiyalarda "Consulting and Business” jurnalının təsis etdiyi milli mükafatlara layiq görülür. 2008-ci ildə şirkət "İlin Şirkəti" və 2009-cu ildə “AĞDAĞ” məhsulu "İlin Brendi" nominasiyası üzrə milli mükafata layiq görülmüşdü.