az

"Mətanət A" şirkətində ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunmuşdur

2009-12-12

Dekabrın 12-də "Mətanət A" Şirkətində Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirin açılışında ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şirkətin prezidenti Elxan Bəşirov Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ideyalarından, Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından, Heydər Əliyev irsinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Azərbaycanın bugünkü siyasi-iqtisadi kursundan danışıb. Tədbirdə iştirak edən digər şəxslər də Azərbaycanın qüdrətlənməsi, dövlətçilik ənənələrinin yaradılması, demokratik dövlət qurulması və respublikanın dirçəldilməsində ulu öndərin misilsiz xidmətləri olduğunu sadalamış, hazırda Ümummilli liderimizin ideyalarının müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Tədbir iştirakçıları dahi şəxsiyyət olan Heydər Əliyevin qəlblərdə əbədi olaraq yaşayacağını söyləyiblər.

Sonra şirkətin əməkdaşları Fəxri Xiyabanda Ümummilli liderin məzarını ziyarət edərək abidə kompleksinin önünə əklillər düzüblər.