az

"Mətanət A" şirkəti 29.05.2009-da yeni məhsullarının və yeni inşaat texnologiyalarının geniş təqdimatını keçirtdi

2009-05-30

Mayın 29-da inşaat sektorunun yenilikçi şirkətlərindən olan Mətanət A şirkəti yeni məhsullarını və qabaqcıl inşaat texnologiyalarını nümayiş etdirməkdən ötrü Bakı Əyləncə Mərkəzində inşaat şirkətlərinin rəhbərlərinin, memarların, iş icraçılarının iştirakı ilə möhtəşəm bir tədbir keçirdi.

Tədbirdə qara suvağı əvəz edən AĞDAĞ gips əsaslı suvağın geniş təqdimatı oldu. Bildirildi ki. XXI əsr gips əsridir. Avropa və Türkiyədə olduğu kimi doğma vətənimizdə də daxili məkanlar qara suvaqla deyil, AĞDAĞ gips əsaslı suvaqla suvanmalıdır, çünki AĞDAĞ ilə suvanmış evlər, villalar, binalar sağlam məkan hesab olunurlar. AĞDAĞ enerjiyə qənaət edir, otaqda rütubət olmur. Yalnız bir qat vurulmaqla divar boyaya hazır vəziyyətə gəlir, bu da xərclərə və zamana qənaət deməkdir. Şirkət rəhbəri hündürmərtəbəli bina tikən bütün tikinti şirkətlərinə binaların daxili məkanlarını AĞDAĞ ilə suvamağı məsləhət gördü və qeyd edildi ki, bu, onların tikinti proyektlərinə uğur gətirəcək və xalqımız sağlam yeni mənzillərdə yaşayacaq. Sonra “AĞDAĞ FƏSLİ” adlanan kampaniya elan edildi. Kampaniya iyun, iyul, avqust aylarını əhatə edir və bu dövrdə AĞDAĞ suvağını Mətanət A şirkətindən çox əlverişli qiymətə əldə etmək olar.

Tədbirdə eyni zamanda şirkətin digər yeni məhsullarından izolyasiya məhsulları, fasad istilik izolyasiya materialları, epoksid əsaslı məhsullar, zəmin sərtləşdiriciləri və beton qatqıları haqqında da geniş təqdimat edildi və bildirildi ki, bu yeni məhsullar çoxdan mövcud olan inşaat problemlərinin sadə həlli deməkdir.

Tədbirin sonunda şirkətin yeni korporativ saytı – www.matanata.com saytı təqdim edildi və bu saytda Azərbaycanda yenilik olan “Məhsul Sərfiyyat Hesablayıcısı” xidməti iştirakçılara izah edildi. Veb saytın bu bölməsinə təmir edəcəyiniz yerin en və uzunluğunu daxil etməklə orada şirkətin hər hansı bir məhsulundan neçə kiloqram sərf olunacaq sualının cavabını tapacaqsınız.

Davamlı olaraq ölkəmizə yeni inşaat ideyaları gətirən “Mətanət A” şirkəti fəaliyyətində tam müştəri məmuniyyətini həmişə rəhbər tutur.