az

“MUTLU USTAM” Bakıda

2022-12-16

Mutlu Ustam layihəsinin 16.12.2022 tarixində Bakı şəhərində təqdimat tədbiri baş tutmuşdur. Bakıda baş tutan təqdimat tədbirində Bakı, Sumqayıt və Abşerondan olmaqla 250-ə yaxın usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Bakıda baş tutan tədbirində Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Bakı tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata