az

“MUTLU USTAM” Şamaxıda

2022-11-24

 Mutlu Ustam layihəsinin 24.11.2022 tarixində Şamaxı şəhərində regional tədbiri baş tutmuşdur. Şamaxı şəhərində baş tutan təqdimat tədbirində Şamaxı, Qobustan və İsmayıllıdan olmaqla 200-ə yaxın usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Şamaxıda baş tutan tədbirində Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Şamaxı tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!.

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata