az

“MUTLU USTAM” Qəbələdə

2022-11-05

Mutlu Ustam layihəsinin 05.11.2022 tarixində Qəbələ şəhərində regional tədbiri baş tutmuşdur. Qəbələ şəhərində baş tutan təqdimat tədbirində Qəbələ, Göyçay, Ağdaş, Ucar və Ləkidən olmaqla 200-ə yaxın usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Qəbələdə baş tutan tədbirində Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Qəbələ tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata