az

“MUTLU USTAM” Lənkəranda

2022-07-07

Mutlu Ustam layihəsinin 07.07.2022 tarixində Lənkəran şəhərində regional tədbiri baş tutmuşdur. Lənkəran şəhərində baş tutan təqdimat tədbirində Lənkəran, Masallı, Biləsuvar, Cəlilabad, Astara, Lerikdən olmaqla 200-dən artıq usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Lənkəranda baş tutan tədbirində  Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Lənkəran tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

 

Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata