az

“MUTLU USTAM” Gəncədə

2022-06-23

Mutlu Ustam layihəsinin 23.06.2022 tarixində Gəncə şəhərində regional tədbiri baş tutmuşdur. Gəncə şəhərində baş tutan təqdimat tədbirində Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux, Daşkəsən, Gədəbəy, Xanlar və Goranboydan olmaqla 200-dən artıq usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Gəncədə baş tutan tədbirində  Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Gəncə tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

 

Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata