az

“MUTLU USTAM” Qubada

2022-05-27

Mutlu Ustam layihəsi 27.05.2022 tarixindən etibarən rəsmi olaraq fəaliyyətə başlamışdır. Layihəmizə qoşulan üzvlərimizin hər birinə işlərində uğurlar arzu edirik.

 

Layihə regional tədbirlərinə Şimal bölgəsindən start verdi. Belə ki, həmin tarixdə Quba şəhərində baş tutan təqdimat tədbirində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xudat, Qusarçaydan-dan olmaq 200-dən artıq usta iştirak etdi.

 

Mutlu Ustam layihəsinin Qubada baş tutan tədbirində  Rokol, Mutlu boyalar və Mirvana dekorativ məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar boya məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

 

Mutlu Ustam layihəsinin Quba tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 5 üzvümüz Rokol Plus 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik.

 

Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!

 

Qaynar xətt: +994 50 298 30 30

#mutlu #mutluboya #rokol #rokolboyaları #prestijboya #mirvana #dekorativ #dekorativboyalar #mutluustam #ustalar #ustalarklubu #təmir #tikinti #matanata