Quru inşaat qarışıqları istehsalı üzrə Qafqaz regionunda innovasiyada öndə olan “MATANAT A” Şirkətlər Qrupu 26-28 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Caucasus Build 2024” Beynəlxalq İnşaat sərgisində iştirak edib.
15 ölkədən 110-dan çox şirkətin iştirakı ilə 27-ci dəfə təşkil olunan sərgidə Şirkətlər Qrupuna məxsus MATANAT, SHPAK, ROKOL, İZOKRİST, FASNATURAL və s. qlobal brendləri sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.
3 sistem, 26 məhsul qrupu üzrə 200-dən artıq ticarət markasına və 2000-dən çox məhsul çeşidinə malik olan “MATANAT A” Şirkətlər Qrupu Azərbaycan, Gürcüstan, İraq, Rusiya və s. ölkələrdə uğurla fəaliyyət göstərir.