1-9 aprel "ATMİA İnşaat həftəsi" çərçivəsində İtaliya Ticarət Agentliyinin təşkilati dəstəyi, "Matanat A" Şirkətlər Qrupunun baş sponsorluğu və "Mirvana" Dekorativ boyalarının sponsorluğu ilə Azərbaycanda ilk dəfə Genuya Memarlar Assosiasiyasının üzvü, professor Nikola Ruggiyero tərəfindən elmi-praktiki seminar təşkil olunub.
Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasına üzvü olan şirkətlərlərin və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin iştirakı ilə keçirilən seminarda qədim tarixə malik İtaliya memarlıq təcrübəsi, innovativ həllərin memarlığa təsiri, yaşıl texnologiyanın tikintidə tətbiqi istiqamətində diskusiya aparılıb.
40 illik zəngin iş təcrübəsinə malik memar eyni zamanda, italiya texnologiyası ilə istehsal edilən yeni Made in Azerbaijan brendi olan Mirvana dekorativ boyaları haqda auditoriyaya məlumat verib.
“Müasir şəhərsalma və memarlıq: Yaşıl texnologiyanın tikintidə tətbiqi və İtaliya təcrübəsinin adaptasiyası” mövzusunda seminar iştirakçılarının geniş marağına səbəb olub.
Sonda xatirə şəkli çəkilib.