az

AĞDAĞ Ustalar Qrupunun Bakı tədbiri

2024-05-14

29.02.2024-cü il tarixində Ağdağ Ustalar Qrupunun Bakı şəhərində, Azərbaycanın və regionun inşaat materialları bazarında liderliyini qoruyub saxlayan "MATANAT A" şirkətlər qrupunun istehsal etdiyi məhsulların təqdimat tədbiri baş tutmuşdur.

Tədbir zamanı şirkətin Müştəri Loyallığı şöbəsinin müdiri, Əkbər Dostumalıyev öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri ilə bağlı məlumat verib. Eyni zamanda “Ağdağ Natural Gipskarton Lövhələri”nin üstünlükləri, “Fugaplaster” aralıq doldurma qarışığı, "Fasmineral" və “Ağdağ” məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Verilən məlumatlar, təşkil olunan master klasslar iştirakçılar tərəfindən dərin rəğbətlə qarşılandı. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Şirkətin istehsal etdiyi məhsulları test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər. Tədbir mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı.

Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz isə Ağdağ Natural Gipskarton Lövhələri ilə mükafatlandırıldı. Həmçinin bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaynar xətt: +994 50 298 30 30