az

Yaponiya İnşaat sərgisi

2024-05-14

“Matanat A” şirkətlər qrupunun əməkdaşları Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə 12-15 mart tarixlərində Yaponiyanın paytaxtı - Tokio şəhərində keçirilən Memarlıq+tikinti materialları (Architectire+Construction Matetials) sərgisində iştirak edib.

Səfər çərçivəsində Yaponiya, eləcə də Sakit Okean hövzəsində zəlzələyə davamlı binaların, o cümlədən böyük inşaat layihələrini həyata keçirən, 60 illik təcrübəyə malik “Pacific Co” Konsaltinq Şirkətinin rəhbərliyi ilə təcrübə mübadiləsi aparılıb.

Görüş zamanı “Matanat A” şirkətlər qrupunun yaşıl texnologiya ilə istehsal etdiyi innovativ məhsullar haqqında verilən məlumat yaponiyalı tikinti və layihə mütəxəssisləri tərəfindən maraqla qarşılanıb və gələcək əməkdaşlıqlar barədə müzakirələr aparılıb.