az

"Matanat A" şirkətlər qrupu "UzBuild 2024" Beynəlxalq İnşaat Sərgisində iştirak edib

2024-05-13

Quru inşaat Qarışıqları üzrə regionumuzda lider şirkətlərdən olan “MATANAT A” şirkətlər qrupu 25-ci beynəlxalq “UzBuild 2024” İnşaat sərgisində iştirak edib.

27 fevral-1 mart tarixlərində 19 ölkədən 450-dən çox şirkətin iştirakı ilə təşkil olunan sərgidə şirkətin MATANAT, SHPAK, ROKOL, İZOKRİST, FASNATURAL və s. qlobal brendləri sərgi ziyarətçilərinin və iş adamlarının böyük marağına səbəb olub.

3 sistem, 26 məhsul qrupu üzrə 200-dən artıq ticarət markasına və 2000-dən çox məhsul çeşidinə sahib olan “MATANAT A” şirkətlər qrupu Azərbaycan, Gürcüstan, İraq, Rusiya və s. ölkələrdə uğurla fəaliyyət göstərir.