az

Xocalı faciəsi qurbanları ehtiramla yad edilib

2024-05-13

İnsanlığa qarşı yönəlmiş dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar 26 fevral tarixində “Matanat A” şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektivi Xocalı parkında yerləşən “Ana harayı” abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıb.

Xatırladaq ki, 1992-ci il 26 fevral tarixində erməni hərbi birləşmələrinin hücumu nəticəsində həyata keçirilən soyqırımda 613 nəfər həlak olub, 1000 nəfər aldığı güllə yarasından əlil olub, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin isə girov götülürülüb.