az

"Mutlu Ustam"-sertifikasiya layihəsi

2024-05-13

"Matanat A" ustalar klubunun "Mutlu Ustam" layihəsi ustaların sertfikasiya proqramını davam etdirir. "Mutlu Ustam" layihəsinin 27.12.2023-cü il tarixində Şirvan şəhərində sertifikasiya tədbiri baş tutmuşdur.

Sertifikasiya prosesində Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və Salyandan olmaqla 200-ə yaxın usta iştirak etdi. Bütün iştirakçılar sertifikatlarla təltif edildilər. Layihəmizə qoşulan üzvlərimizin hər birinə işlərində uğurlar arzu edirik.

“Mutlu Ustam” layihəsinin Şirvanda baş tutan tədbirində “Matanat A” şirkətinin Ustalar Klubu şöbəsinin müdiri Əkbər Dostumalıyev öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri barədə məlumat verib. Eyni zamanda istehsal olunan Rokol, Mutlu boyalar, Promatektor və FasMineral məhsulları haqqında verilən məlumatlar, layihəyə üzv olan ustaların birbaşa iştirakı ilə həyata keçirilən master klasslar ustalar tərəfindən yüksək rəğbətlə qarşılanıb. Ustalar məhsullarımızı test edərək keyfiyyəti ilə daha yaxından tanış oldular və öz müsbət fikirlərini bildirdilər.

“Mutlu Ustam” layihəsinin Şirvan tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 5 üzvümüz usta ləvazimatları, 5 üzvümüz “Rokol Plus” 25 kq boya məhsulları ilə mükafatlandırıldı. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu. Qaliblərimizi təbrik edirik. Ustalara tədbirimizdə fəal iştirak etdiklərinə görə təşəkkür edirik!

Qaynar xətt: +994 50 298 30 30