az

AĞDAĞ gipskarton lövhələrinin Şirvanda təqdimatı keçirilib

2024-05-13

19.12.2023-cü il tarixində  “Ağdağ Gipskarton lövhələri”nin Şirvan şəhərində təqdimat tədbiri baş tutmuşdur. Şirvanda baş tutan təqdimat tədbirində Şirvan, Sabirabad, Saatlı, Salyan və Hacıqabuldan olmaqla 200-ə yaxın usta iştirak etdi.

“Ağdağ Gipskarton lövhələri”nin Şirvanda baş tutan tədbirində “Ağdağ Gipskarton Lövhələri”nin üstünlükləri, “Fugaplaster” aralıq doldurma qarışığı və “Ağdağ üzlük” məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar “Ağdağ Gipskarton Lövhələri”ni test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər.

Şirvan tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz isə Ağdağ Gipskarton Lövhələri ilə mükafatlandırıldı. Həmçinin bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu.

Ustalar klubuna qoşulan üzvlərimizin hər birinə işlərində uğurlar arzu edirik. Qaynar xətt: +994 50 235 35 00