az

"Mətanət A" şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

2022-12-12
"Mətanət A" şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
 
12 dekabr 2022-ci ildə müasir Azərbaycan dövlətinin qurucusu, uzaqgörən siyasətçi, böyük tarixi şəxsiyyət və xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib. Ümummilli Liderin əziz xatirəsi “Mətanət A” rəhbərliyi və kollektivi tərəfindən ehtiramla yad edilib. Şirkət kollektivi Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarın önünə əklil və gül dəstələri qoyublar.
 
Həmçinin “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkət kollektivi görkəmli akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
 
Ölkəmizin müasir və uğurlu tarix səhifələrini yazan Heydər Əliyevin ideyaları və milli mənafeyə əsaslanan dövlət siyasəti bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin mənbəyidir. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıq hissi ilə yad edirik!