Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında mühüm rola malikdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixində xüsusi və əvəzedilməz yeri vardır.
1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlib. Azərbaycan milli iqtisadiyyatının sürətli inkişafında məhz Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü iqtisadi siyasətinin nəticəsi dayanır. İstər siyasi, istər iqtisadi, istərsə də sosial inkişaf bazasının formalaşdırılmasında qətiyyətli addımlar atan Ümummilli Lider, bugünkü müasir Azərbaycanın sürətli inkişafında, ölkəmizin dünya arenasında tanınmasında müstəsna xidmətlər göstərmişdir.
Heç şübhəsiz ki, əldə edilən bütün iqtisadi uğurlarda Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasəti və bu siyasəti uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin iradəsi dayanır. Ümummilli Liderin Azərbaycan Respublikası gün gələcək öz ərazi bütövlüyünü bərpa edəcəkdir siyasi fikri məhz Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində təmin olunmuşdur. Artıq Azərbaycan Respublikası nəinki dünyanın iqtisadi reytinq sıralarında öncüllük edir, həmçinin regionda böyük siyasi gücə və iqtisadi mərkəz rolunu oynamaqla bir çox regional layihələrə rəhbərlik edir.
“Mətanət A” Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi bu günü hüznlə yad edir və Ulu Öndəri dərin ehtiramla anır. Ulu Öndərin ideyaları və misilsiz xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq və Ulu Öndər xalqımız tərəfindən daima böyük qürur hissi ilə anılacaq.