az

“Mətanət A” şirkətindən sektora yeni töhfə

2017-04-10

Hər il aprelin 10-nu Azərbaycanda “İnşaatçılar Günü” kimi qeyd olunur. Bu münasibətlə “Mətanət A” şirkəti bütün inşaat sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edir və yeni daş üçün səth qoruyucusu olan PROMATEKTOR məhsulunu geniş istehlakçı auditoriyasının istifadəsinə təqdim edir.

Silikonlu, şəffaf, sukeçirməz astar olan PROMATEKTOR təbii və süni daşları və beton səthləri nəmdən, şaxtadan və atmosfer təsirlərindən qoruyur. Bu məhsul daş, kərpic, plitə, beton səthlərə vurulur, səthin su keçirməzliyini təmin edir.

Səthin şaxtaya davamlılığını artırması və səthin nəfəs almasını təmin etməsi PROMATEKTOR-un mühüm üstünlüklərindəndir. Qeyd etmək zəruridir ki, bu səth qoruyucusu fasadda mükəmməl qoruyucu səth yaradır, amma səthə nüfuz etdiyi üçün heç bir təbəqə yaratmır. Ekoloji sağlamdır. PROMATEKTOR məhsulunu Sizə ən yaxın inşaat materialları mağazasından əldə etmək mümkündür.

 Yarandığı gündən daim nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti ilə milli iqtisadiyyatın və sənayenin inkişafına hər zaman öz töhfəsini vermişdir.

Azərbaycanda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. AĞDAĞ, FASNATURAL, ROKOL, İzoLatexe, PARAKONTAKT, FASMATİK, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan “Mətanət A” keramika yapışdırıcısı və s. məhsullara təlabat həm yerli, həm də beynəlxalq bazarlarda günü-gündən artmaqdadır.

Hazırda şirkət Rusiya, Gürcüstan, Qazaxstan, Ukranya, İran, Türkmənistan və digər ölkələrə sistemli şəkildə məhsul ixtacatını artırmaqdadır.  Yaxın Şərq, Orta Asiya və Ərəb ölkələrinə məhsul ixracı ilə məşğul olan iş adamları və layihə rəhbərləri əməkdaşlıq imkanları ilə daha yaxından tanış olmaq üçün *3030 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayıb İxracat Departament ilə ətraflı müzakirə apara bilərlər.

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.