az

Pulsuz mənzil təmirini kimlər qazandı?

2017-05-26

26 may tarixində “Mətanət A” şirkətinin təqdimatı ilə Xəzər FM dalğasında yayımlanan “ROKOL radio reality show” uğurla başa çatıb.

Layihə çərçivəsində şounun iştirakçıları təmir-tikinti prosesindəki yeniliklərlə tanış olmaqla yanaşı interaktiv sualları cavablandırmaqla müxtəlif hədiyyələr qazanıb.

8 ay ərzində onlarla dinləyici ROKOL-dan müxtəlif həvəsləndirici hədiyyələr qazanıb,  24 iştirakçının mənzilinin bir otağı, 8 nəfər iştirakçının isə mənzilinin sahəsindən asılı olmayaraq bütün divarları ekoloji sağlam ROKOL boyaları ilə boyanıb. 

 Bu gün dünyada təmir zamanı xarici məkanlarda müasir görünüş əldə etmək üçün gözoxşayan boya rənglərindən istifadə edilməsi artıq trendə çevrilmişdir. Ən son alman texnologiyası əsasında tam avtomatlaşdırılmış zavodda, insan əli dəymədən istehsal olunan ROKOL boyaları ilk dəfə olaraq öz istehsal texnologiyasını açıq şəkildə ictimaiyyətə göstərərək bir ilkə imza atdı və fərqini ortaya qoydu.

“Mətanət A” şirkətinin yazılı zəmanəti ilə istehsal olunan ROKOL boyalarının tərkibinə görə müxtəlif çeşidləri vardır: Su əsaslı boyalar, Sintetik əsaslı boyalar, Sellülozik boyalar, Poliüretan və epoksid boyaları.

2000-ci ildə Elxan Bəşirov tərəfindən əsası qoyulan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.