az

Hər zaman yanınızdayıq!

2017-06-01

 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mətanət A” şirkəti valideyn himayəsindən məhrum, fiziki məhdudiyyətli uşaqları sevindirməyi unutmadı. Layihədə iştirak edən 200-dən artıq uşaq Abdulla Şaiq adına Kukla Teatrında səhnələşdirilmiş “Qırmızı papaq” tamaşasını maraqla izləyiblər. Daha sonra bütün uşaqlara bayram hədiyyələri təqdim olunub.

Tədbirdən sonra Azərbaycan Respublikası “Əlil Körpələrə Yardım” İctimai Birliyinin sədri Sevda Hüseynova, “Valideyn Himayəsindən Mərhum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin sədri Mehriban Hüseynova “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova şagirdlərin dünya görüşünün formalaşmasında göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, şirkətin sistemli olaraq həyata keçirdiyi sosial layihələri yüksək qiymətləndiriblər.

“Mətanət A” şirkəti hər zaman müxtəlif istiqamətlərdə silsilə Korporativ Sosial Məsuliyyət layihələri həyata keçirir, köməyə ehtiyacı olan fiziki məhdudiyyətli şəxsləri, kimsəsizləri, Qarabağ müharibəsi veteranlarını, müxtəlif xəstəliklərdən əziyyət çəkən həmvətənlərimizi daima diqqət mərkəzində saxlamaqdan qürur duyur. Şirkət gələcəkdə də bu şərəfli missiyanı davam etdirilmək niyyətindədir.

 Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.