Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq həyata keçirdiyi “Yay təcrübə proqramı” çərçivəsində “Bakı Mühəndislik Universiteti”nin tələbələri üçün 4 avqust 2017-ci il tarixində ekoloji sağlam inşaat materiallarının istehsal olunduğu “AĞDAĞ” gips zavoduna ekskursiya təşkil olunub. Ekskursiya müddətində təcrübəçilərə zavodun fəaliyyəti, tətbiq olunan müasir texnolologiyalar, məhsulların hazırlanması, onların qablaşdırılması, çeşidlənməsi və istehlakçıya çatdırılması barədə ətraflı məlumat verilib, onların maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, müəssisədə məhsulların tərkibinin müəyyənləşdirilməsi, eləcə də, keyfiyyətin daim ölçülməsi və nəzarətdə saxlanılması məqsədilə müasir standartlara cavab verən laboratoriya da fəaliyyət göstərir.
Tələbələr ekskursiya zamanı əldə etdikləri bilik və bacarıqların onların indiki və gələcək həyatlarında, peşə fəaliyyətində əvəzolunmaz təcrübə olduğunu qeyd ediblər.
Yarandığı gündən daim nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti ilə milli iqtisadiyyatın və sənayenin inkişafına hər zaman öz töhfəsini vermişdir.
Azərbaycanda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. AĞDAĞ, FASNATURAL, ROKOL, İzoLatexe, PARAKONTAKT, FASMATİK, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan Mətanət A keramika yapışdırıcısı və s. məhsullara təlabat həm yerli, həm də beynəlxalq bazarlarda gün-gündən artmaqdadır.
Hazırda şirkət Rusiya, Gürcüstan, Qazaxıstan, Ukranya, İran, Türkmənistan və digər ölkələrə sistemli şəkildə məhsul ixracatını artırmaqla yanaşı, daha rəqabətədavamlı məhsullar istehsal etmək və milli brendlərimizi tanıtmaq üçün həmin ölkələrdə zavod tikərək yerli istehsalın yaradılması istiqamətində işlər görməkdədir. Yaxın Şərq, Orta Asiya və Ərəb ölkələrinə məhsul ixracı ilə məşğul olan iş adamları və layihə rəhbərləri əməkdaşlıq imkanları ilə daha yaxından tanış olmaq üçün *3030 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayıb İxracat Departamenti ilə ətraflı müzakirə edə bilərlər.
Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Daha ətraflı: *3030 Çağrı Mərkəzi