az

“Mətanət A” şirkətinin “Yay təcrübə proqramı” başa çatıb

2017-08-22

22 avqust tarixində “Mətanət A” şirkətinin  Korporativ Sosial  Məsuliyyət strategiyasına  uyğun olaraq Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbələri üçün həyata keçirdiyi “Yay Təcrübə Proqramı” uğurla başa çatıb və tələbələrə sertifikatların təqdim olunma mərasimi keçirilib. 

Tədbirdə çıxış edən şirkətin İnsan Resurları Departamentinin direktoru Zenfira Əliyeva tələbələrin təcrübə müddətində verilən tapşırıqların icrasına məsuliyyətlə yanaşdıqlarını, həmçinin onların özlərini texniki və peşəkar bacarıqları artırmaq istiqamətində yüksək səylə çalışan və əzmkar tələbə kimi nümayiş etdirdiklərini diqqətə çatdırıb.  

Tələbələr “Mətanət A” şirkətinə onlar üçün yaradılan yüksək şəraitə görə təşəkkürlərini bildirib və təcrübə müddətində əldə etdikləri  bilik və bacarıqların gələcək həyatlarında və karyeralarında müstəsna rol  oynayacağını vurğulayıblar. 

 Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. 

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.