az

“Mətanət A” məhsulları tədrisdə istifadə olunur

2021-10-18

“Mətanət A” Şirkətlər Qrupu 8 saylı peşə liseyi ilə əməkdaşlığa başlayıb. Bakı şəhəri, Qaradağ rayonunda yeləşən lisey inşaat materialları sahəsi üzrə usta mütəxəssislər hazırlayır.

 Peşə liseyində “Mətanət A”nın əsas məhsullarından olan Matanat A keramika yapışdırıcıları, Ağdağ Finiş, Direk və Astar kimi məhsullarının tərkibi və istifadə qaydaları barədə tələbələr məlumatlandırılır və bu məhsullar mühüm tədris vasitəsi kimi istifadə edilir. Ağdağ Natural Gipskarton Lövhələrinin növləri, istifadə qaydası və tətbiqi habelə keyfiyyət göstəriciləri peşə liseyinin tələbələrinə tədrisdə əyani vasitə kimi təqdim olunur. Praktiki təhsil metodu üçün əlverişli vəsait sayılan Fasmatik və Şpak F məhsullarının tətbiqi barədə məlumatlara sahib olması tələbələrin gələcək peşəkar fəaliyyətində, xüsusi ilə usta kimi işləyərkən mühüm yardımçı olacaqdır.

 Bununla yanaşı, 8 saylı peşə liseyinin tələbələri mütəmadi olaraq “Mətanət A” şirkətlərində istehsalat təcrübəsi keçəcəklər. Şirkətlər Qrupu liseyin uğurlu tələbələrilə gələcəkdə əməkdaşlıq etmək, həmçinin məzunlar arasından uyğun mütəxəssisləri öz müəssisələrində işə dəvət etməyi planlaşdırır.

 Şirkətlər Qrupu tikinti materiallarının istehsalı ilə yanaşı tikinti materiallarının istifadəsi üzrə və bu sektorun kadr siyasətinin təkmilləşdirilməsində, mütəxəssislərin hazırlanmasında mühüm rola malikdir. “Mətanət A” peşəkar insan kapitalının yetişdirilməsi istiqamətində təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

 Müəssisə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universitet, Azərbaycan Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti ilə sıx əməkdaşlıq edir, mütəmadi olaraq tələbələrin istehsal təcrübə proqramları çərçivəsində il ərzində 100-dən çox tələbəyə istehsal prosesində təcrübə imkanını təqdim edir.  Məhsulların istehsal prosesi və ixtiralarının elmi əsaslarını tələbələrlə daima bölüşür və tədrisin əsasında bu ixtiralarla birbaşa tanış olmaları üçün zəmin yaradır.