Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilib.
Tədbirə Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv aparıcı özəl təşkilatlar, eləcə də Yaponiya şirkətləri qatılıb. Biznes forumda “Mətanət A” Şirkətlər Qrupu da təmsil olunub. Şirkətlər Qrupunu təmsil edən nümayəndə heyətinə Vilayət Bəşirzadə başçılıq edib.
Tədbiri giriş sözü ilə konfederasiyanın prezidenti Məmməd Musayev açıb. Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Yaponiyanın Azərbaycandakı Səfirliyinin İqtisadi şöbəsinin rəhbəri Amada Şuniçi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov, “TET International Development” şirkətinin rəhbəri Taro Savada da çıxış edib.
Tədbir çərçivəsində ASK ilə adı çəkilən şirkət arasında Anlaşma Memorandumu imzalanıb.