az

"Mətanət A" şirkəti onlarla ailəyə bayram sevinci bəxş etdi.

2019-03-19

Yurdumuza bahar gəlir, xalqımız yüzillərdən bu günümüzə qədər sevərək yaşatdığı Novruz Bayramını yüksək coşğu ilə qeyd edir.  Korporativ Sosial Məsuliyyət layihələrini fəaliyyətinin önəmli tərkib hissəsi halına gətirmiş “Mətanət A” şirkəti xalqımızın əziz bayramlarından olan Novruz Bayramında da insanlarımıza sevinc bəxş edib.  Belə ki, 18 Mart tarixində şirkət kollektivi müxtəlif az təminatlı ailələri, kimsəsiz uşaqları, ahıl və qocaları ziyarət edib, onlarla bayram görüşləri keçirdi və onlar üçün hazırlanmış bayram sovqatları təqdim etdi. Görüşlər zamanı aztəminatlı ailələrin üzvləri ilə Novruz ən-ənələrindən, şirkətin fəaliyyəti haqqında söhbət edildi.

Qeyd edək ki, 2000-ci ildə fəaliyyətə başlayan, hər zaman korporativ məsuliyyət layihələrinə xüsusi diqqət ayıran və bu istiqamətdə görülən işləri bir korporativ vətəndaşlıq borcu hesab edən  “Mətanət A” şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən, 3 sistemdə, 24 mal qrupunda 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malik olan “Mətanət A” şirkəti həm ölkə daxilində, həm də xarici bazarlarda yüksək istehlakçı məmnuniyyəti qazanmışdır. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.