Uğurlu biznes strategiyası ilə artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları bazarında liderliyini qoruyub saxlayan “Mətanət A” şirkəti əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkilini də diqqətdən kənarda qoymur. Şirkət rəhbərliyi əməkdaşların istər iş şəraiti, istərsə istirahət imkanlarının yüksək səviyyədə olmasına önəm verdiyini əməli işlərlə dəfələrlə sübut edib.
Əksəriyyəti gənclərdən ibarət olan şirkət kollektivi 2 Fevral Gənclər Gününü də boulinq turniri ilə qeyd edib. Səmərəli istirahət zövqünü yaşayaraq pozitiv enerjiyə köklənmiş işçi kollektivinin gördüyü iş də məhsuldar və faydalı olur. Şirkətin uğurlarının mənbəyi də bu cür gözəl korporativ komandadır.
Qeyd edək ki, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində innovativ texnologiyalar sayəsində yüksək inkşaf nümayiş etdirməklə milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olub. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Bu şirkətin altı zavodu fəaliyyət göstərir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.